Məlumatların silinməsi

Instagram, WhatsApp, Telegram və ya sayt üzərindən gələn məlumatını necə sildirə bilərsən.

Son yenilənmə:

1. Bu səhifə kimin üçündür

Məlumatı iki tərəf sildirə bilər: kanalını AI Menecer platformasına qoşan biznes sahibi və həmin biznesə Instagram, WhatsApp, Telegram və ya sayt çatı ilə yazan müştəri. Hər biri üçün yol aşağıdadır.

2. Biznes sahibləri

  • Instagram-ı ayırmaq: paneldə Kanallar → Instagram → “Hesabı ayır”. Bağlantı və giriş tokeni dərhal silinir.
  • Instagram ayarlarından: Instagram → Ayarlar → Tətbiqlər və vebsaytlar → AI Menecer → Sil. Meta bizə avtomatik silinmə sorğusu göndərir: Instagram bağlantısı, token və həmin hesab üzrə bütün Instagram söhbətləri dərhal silinir, sənə təsdiq kodu verilir.
  • Hesabı tam silmək: paneldə Ayarlar → “Hesabı sil”. Hesab, bilik bazası, kanallar və bütün söhbətlər silinir.

3. Biznesə yazan müştərilər

Biznesə yazdığın mesajlar həmin biznesin hesabında saxlanır və o biznes bu məlumatın sahibidir. Silmək üçün:

  • birbaşa həmin biznesə yaz: operator söhbəti paneldən silə bilər;
  • və ya support@aimenecer.com ünvanına yaz: hansı biznesə, hansı kanaldan yazdığını və istifadəçi adını və ya nömrəni göstər. Sorğunu yoxlayıb 30 gün ərzində silirik və nəticəni sənə bildiririk.

4. Nə silinir

Mesajlar, ad, istifadəçi adı, profil şəkli, telefon və e-poçt, söhbət qeydləri və etiketlər silinir. Qanunla saxlanması tələb olunan ödəniş qeydləri istisnadır. Ehtiyat nüsxələrdə qalan surətlər onların saxlanma müddəti bitəndə avtomatik silinir.

5. Sorğunun statusu

Meta vasitəsilə gələn sorğular üçün təsdiq kodu verilir. Bu səhifə həmin kodla açılanda sorğunun icra olunduğu göstərilir. Sualın varsa, support@aimenecer.com ünvanına yaz.

Xidməti göstərən
AI Menecer
Əlaqə
support@aimenecer.com
Məlumatların silinməsi · AI Menecer