Məxfilik siyasəti
Hansı məlumatları toplayırıq, nə üçün istifadə edirik, kimlə paylaşırıq və nə qədər saxlayırıq.
Son yenilənmə:
1. Kim və hansı rolda
AI Menecer AI Menecer platformasını idarə edir. Hesab sahiblərinin (bizneslərin) məlumatı üçün biz məlumat nəzarətçisiyik.
Bizneslərin saytında, Telegram, WhatsApp və ya Instagram-da köməkçi ilə yazışan ziyarətçilərin məlumatı üçün nəzarətçi həmin biznesdir, biz isə bu məlumatı onun adından və onun tapşırığı ilə emal edirik.
Fərdi məlumatları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun emal edirik.
2. Hansı məlumatları toplayırıq
- Hesab: e-poçt, parolun heşi (parolun özü saxlanmır), iki addımlı giriş ayarları, dil.
- Biznes: biznes adı, sayt domeni, şirkət əlaqə məlumatı (telefon, ünvan, iş saatları), köməkçi ayarları.
- Ödəniş: plan və ya paket sifarişinin məbləği, tarixi və statusu. Kart məlumatları ödəniş provayderində emal olunur, bizdə saxlanmır.
- Bilik bazası və kataloq: yüklədiyin sənədlər, mətnlər, oxunan sayt səhifələri, elan mənbəyinin ünvanı və cavabları. API açarları şifrələnmiş saxlanır.
- Ziyarətçi söhbətləri: mesajlar, brauzerdə saxlanan anonim ziyarətçi ID-si, söhbətin başladığı səhifə, ziyarətçinin könüllü yazdığı ad, telefon və ya e-poçt.
- Kanallar: Telegram, WhatsApp və Instagram-da istifadəçi ID-si, adı və nömrəsi (həmin kanal qoşulubsa).
- Instagram: biznes Instagram hesabını qoşduqda: hesabın ID-si və istifadəçi adı, giriş tokeni (şifrələnmiş), Direct mesajlar, post və reels şərhləri, hekayəyə cavablar və hekayə qeydləri, yazan şəxsin Instagram ID-si, adı, istifadəçi adı və profil şəkli. Bu məlumat Meta-dan yalnız köməkçinin cavab verməsi və operator paneli üçün alınır, reklam üçün istifadə olunmur və satılmır.
- Texniki: IP ünvanı, brauzer məlumatı, giriş və xəta jurnalları, hesabın qoşulduğu domenlər (sui-istifadənin qarşısını almaq üçün).
3. Məlumatı nə üçün istifadə edirik
- xidməti göstərmək: köməkçinin cavab verməsi, axtarış, operator söhbəti, bildirişlər;
- hesabın təhlükəsizliyi, girişin təsdiqi və sui-istifadənin (məsələn, eyni sayta çoxlu hesabla qoşulmanın) qarşısını almaq;
- abunə limitinin hesablanması, ödənişlərin uçotu və qanuni mühasibat öhdəlikləri;
- dəstək və xidmətlə bağlı vacib bildirişlər;
- xidməti yaxşılaşdırmaq üçün ümumiləşdirilmiş, şəxsiyyəti açmayan statistika.
Məlumatı reklam məqsədilə satmırıq və ötürmürük. Müştəri məlumatını öz modellərimizi öyrətmək üçün istifadə etmirik.
4. Hüquqi əsaslar
Məlumatı müqavilənin icrası (xidmətin göstərilməsi), qanuni maraq (təhlükəsizlik, sui-istifadənin qarşısı), qanuni öhdəlik (mühasibat) və lazım olduqda razılıq əsasında emal edirik.
5. Kimlərlə paylaşırıq
Xidməti göstərmək üçün aşağıdakı provayderlərdən istifadə edirik. Onlar məlumatı yalnız bizim tapşırığımızla və müqavilə əsasında emal edir:
- Süni intellekt provayderləri (Anthropic — Claude, Google — Gemini): ziyarətçi sualı və cavab üçün lazım olan kontekst;
- E-poçt göndərişi (Resend): kod və bildiriş məktubları;
- Bulud hostinq və verilənlər bazası provayderləri;
- Ödəniş provayderi: plan və paket ödənişləri;
- Telegram, WhatsApp və Instagram: yalnız sən bu kanalları qoşduqda.
Bəzi provayderlər Azərbaycandan kənarda (ABŞ, Avropa İttifaqı) yerləşir, ona görə məlumat sərhəddən kənara ötürülə bilər. Belə ötürmələr xidmətin göstərilməsi üçün zəruridir və müvafiq qorunma tədbirləri ilə həyata keçirilir.
Məlumatı yalnız qanunla tələb olunduqda dövlət orqanlarına təqdim edirik.
6. Nə qədər saxlayırıq
- canlı operator söhbətləri: 60 gün;
- köməkçiyə verilən sorğuların jurnalı və cavab rəyləri: 90 gün;
- Telegram, WhatsApp və Instagram söhbət sessiyaları: 14 gün hərəkətsizlikdən sonra;
- xəta jurnalları: 30 gün; təhlükəsizlik və admin əməliyyatları jurnalı: 1 il;
- təsdiq kodları: 15 dəqiqə;
- hesab, bilik bazası və müraciətlər: sən silənə və ya hesab silinənə qədər;
- ödəniş qeydləri: qanunla tələb olunan müddət ərzində.
7. Təhlükəsizlik
Bütün bağlantılar HTTPS ilə şifrələnir, parollar heşlənir, API açarları və kanal tokenləri şifrələnmiş saxlanır. İki addımlı giriş, sessiya nəzarəti və admin əməliyyatlarının jurnalı var. Heç bir sistem tam təhlükəsiz deyil, amma riskləri azaltmaq üçün davamlı işləyirik.
8. Sənin hüquqların
Məlumatına baxmaq, onu düzəltmək, silmək, emalına etiraz etmək və surətini almaq hüququn var. Hesabı və məlumatları paneldən silə, müraciətləri və söhbətləri CSV kimi ixrac edə bilərsən. Digər sorğular üçün support@aimenecer.com ünvanına yaz, 30 gün ərzində cavab veririk.
Ziyarətçilər öz məlumatları ilə bağlı əvvəlcə yazışdıqları biznesə müraciət etməlidir. Biznesə bu sorğunu icra etməkdə kömək edirik.
Instagram, WhatsApp və digər kanallardan gələn məlumatın necə silindiyi Məlumatların silinməsi səhifəsində yazılıb (/legal/data-deletion).
9. Kukilər və brauzer yaddaşı
Sayt, panel və çat vidjeti yalnız işləmək üçün lazım olan kukilərdən və sənin seçimlərini saxlayan brauzer yaddaşından istifadə edir. Analitika və reklam kukiləri yalnız razılıq versən işə düşür.
Tam siyahı, müddətlər və ayarlar Kuki siyasəti səhifəsindədir (/legal/cookies).
10. Uşaqlar
Platforma 18 yaşdan aşağı şəxslər üçün nəzərdə tutulmayıb və onların məlumatını bilərəkdən toplamırıq.
11. Dəyişikliklər
Siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə e-poçt və ya panel vasitəsilə əvvəlcədən xəbər veririk.
12. Əlaqə
Məxfiliklə bağlı sorğular üçün support@aimenecer.com ünvanına yaz.
- Xidməti göstərən
- AI Menecer
- Əlaqə
- support@aimenecer.com