Bütün təlimatlar

İlk addımlar

Qeydiyyatdan ilk müştəri cavabına qədər 5 addım.

Quraşdırma addımları

Qeydiyyatdan sonra panel səni Quraşdırma səhifəsinə aparır. Yuxarı zolaqda neçə addımın qaldığı görünür.

  • Biznes: biznesin adı və saytın (sayt yoxdursa, bu addımı saytsız keçmək olar).
  • Biznes növü: sahənə uyğun hazır ayarlar seçilir.
  • Məlumat: köməkçi cavabları nədən götürsün: sayt, fayl, mətn və ya elan kataloqu.
  • Sınaq: müştəri kimi bir neçə sual yaz və cavablara bax.
  • Yayımla: sayt vidjetini və ya Telegram, WhatsApp, Instagram kanallarını qoş.

İlk gün nəyə baxmalı

  • Köməkçi → Sınaq söhbəti: müştərilərin ən çox verdiyi 10 sualı yaz. Cavab səhvdirsə, Bilik bazasına düzgün məlumatı əlavə et.
  • Müraciətlər: köməkçinin cavab tapmadığı suallar və müştərinin qoyduğu əlaqə məlumatı buraya düşür.
  • Köməkçi → Ümumi baxış: köməkçinin cavab tapa bilmədiyi suallar burada görünür. Düzgün cavabı yaz, köməkçi oxşar suallarda onu işlədəcək. “Operator cavablarından təkliflər”-də isə canlı söhbətlərdə operatorun verdiyi cavablar bir kliklə biliyə əlavə olunur.

Sualın qaldı? support@aimenecer.com ünvanına yaz.

İlk addımlar · Kömək mərkəzi · AI Menecer