Bütün təlimatlar

WhatsApp-ı qoşmaq

Rəsmi WhatsApp və QR ilə qoşulma arasındakı fərq.

Rəsmi WhatsApp (tövsiyə olunur)

Meta-nın rəsmi API-si ilə işləyir, nömrə bloklanma riski yoxdur.

  • Panel: Kanallar → Telegram və WhatsApp → WhatsApp → Rəsmi WhatsApp.
  • “Mövcud WhatsApp Business nömrəmi qoş” və ya “Yeni nömrə ilə qoş” seç.
  • Facebook hesabınla daxil ol və Meta pəncərəsindəki addımları izlə. Mövcud nömrədə telefondakı WhatsApp Business tətbiqindən QR oxutmağın istənəcək.

Nömrə telefondakı WhatsApp Business tətbiqində də işləməyə davam edir. Tətbiqi silmə: silinsə bağlantı kəsilir.

QR ilə sürətli qoşulma

Sınaq üçün və ya rəsmi qoşulmanı gözləyərkən istifadə olunur.

  • Telefonda WhatsApp → Ayarlar → Əlaqəli cihazlar → “Cihaz qoş”.
  • Paneldəki QR kodu WhatsApp-ın öz skaneri ilə oxut (telefonun kamerası ilə yox).

Diqqət: bu üsul qeyri-rəsmidir, WhatsApp nömrəni məhdudlaşdıra bilər. Şəxsi nömrəni deyil, ayrıca iş nömrəsini qoş.

Bilməli olduqların

  • Telefondan müştəriyə özün yazsan, köməkçi həmin söhbətdə 12 saat susur (“Mən yazanda köməkçi sussun”).
  • Rəsmi WhatsApp-da köməkçi müştərinin son mesajından sonrakı 24 saat ərzində cavab verə bilər (Meta qaydası).
  • Qrup söhbətlərinə köməkçi cavab vermir.

Sualın qaldı? support@aimenecer.com ünvanına yaz.

WhatsApp-ı qoşmaq · Kömək mərkəzi · AI Menecer