Instagram-ı qoşmaq
Direct mesajlara, şərhlərə və hekayə cavablarına köməkçi cavab versin.
Hazırlıq
- Instagram hesabın peşəkar olmalıdır (Business və ya Creator): Ayarlar → Hesab növü.
- Instagram-da: Ayarlar → Mesajlar və zənglər → Qoşulmuş alətlər → “Mesajlara giriş icazəsi”ni aç.
Qoşulma
Panel: Kanallar → Telegram və WhatsApp → Instagram. “Instagram hesabını qoş” düyməsini bas və Instagram-da icazə ver. Qayıdanda hesabın adı paneldə görünəcək.
Şərhlər və açar sözlər
- Şərhlərə cavab: köməkçi post və reels şərhlərinə Direct-də cavab yazır, istəsən postun altında “Direct-ə yazdıq 📩” kimi qısa qeyd də qoyur.
- Açar söz tətikləri: məsələn postda “qiymət üçün + yazın” yaz. Kim “+” yazsa, ona sənin hazır mesajın Direct-ə gedir.
- Hekayədə qeyd: bu seçimi açsan, müştəri səni öz hekayəsində qeyd edəndə ona təşəkkür mesajı gedir (gündə bir dəfə).
Bilməli olduqların
- Köməkçi müştərinin son mesajından sonrakı 24 saat ərzində cavab verə bilər (Instagram qaydası).
- Instagram-dan özün yazsan, köməkçi həmin söhbətdə 12 saat susur.
- Uzun cavablar bir neçə mesaja bölünür.
Sualın qaldı? support@aimenecer.com ünvanına yaz.