Bütün təlimatlar

Telegram botunu qoşmaq

Öz Telegram botun müştərilərə saytdakı çatla eyni cavabları versin.

Bot yarat və qoş

  • Telegram-da @BotFather ilə söhbət aç və /newbot yaz.
  • Botun adını və “bot” ilə bitən istifadəçi adını seç.
  • BotFather-in verdiyi tokeni kopyala.
  • Panel: Kanallar → Telegram və WhatsApp → Telegram. Tokeni yapışdır və qoş.

Token şifrələnmiş saxlanır və bir daha göstərilmir.

Bilməli olduqların

  • Bot yalnız şəxsi yazışmada cavab verir, qruplarda yox.
  • Yazılı və səsli mesajlara, şəkillərə cavab verir.
  • Müştəri /operator yazsa və canlı operator açıqdırsa, söhbət Müraciətlərə düşür.
  • Bot işləmirsə, tokeni BotFather-də yenilənmiş ola bilər: botu ayır və yeni tokenlə yenidən qoş.

Sualın qaldı? support@aimenecer.com ünvanına yaz.

Telegram botunu qoşmaq · Kömək mərkəzi · AI Menecer